...

Bakı Dövlət Universiteti 90 il ərzində Azərbaycanın hərtərəfli inkişafında çox mühüm rol oynayıb - İlham Əliyev

Siyasət Materials 3 Noyabr 2009 11:01 (UTC +04:00)
1919-cu ildə təsis edilmiş universitet 90 il ərzində Azərbaycanın hərtərəfli inkişafında çox mühüm rol oynayıb, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BDU-nun 90 illik yubileyinə həsr olunmuş mərasimdə çıxışı zamanı bildirib. Bu barədə AzərTac Dövlət İnformasiya Agentliyi bildirib.
Bakı Dövlət Universiteti 90 il ərzində Azərbaycanın hərtərəfli inkişafında çox mühüm rol oynayıb - İlham Əliyev

1919-cu ildə təsis edilmiş universitet 90 il ərzində Azərbaycanın hərtərəfli inkişafında çox mühüm rol oynayıb, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BDU-nun 90 illik yubileyinə həsr olunmuş mərasimdə çıxışı zamanı bildirib. Bu barədə AzərTac Dövlət İnformasiya Agentliyi bildirib.

"Bakı Dövlət Universitetinin çox gözəl və böyük tarixi vardır. 1919-cu ildə təsis edilmiş universitet 90 il ərzində Azərbaycanın hərtərəfli inkişafında çox mühüm rol oynayıb", - Prezident İlham Əlieyev bildirib.

Onun sözlərinə əsasən, Bakı Dövlət Universitetinin Azərbaycan müstəqilliyini əldə edəndən bir il sonra Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti tərəfindən təsis edilməsi çox düşünülmüş və uzaqgörən bir addım olub.

"Bakı Dövlət Universiteti Azərbaycan müstəqilliyini əldə edəndən bir il sonra Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti tərəfindən təsis edilmişdir. Bu çox düşünülmüş və uzaqgörən bir addım idi. O vaxt ölkəmiz çox gənc idi. Buna baxmayaraq, əhalinin maarifləndirilməsi, Azərbaycanda savadsızlığın aradan qaldırılması və intellektual potensialın gücləndirilməsi üçün universitetin yaradılması çox mühüm hadisə olmuşdur. Bildiyiniz kimi, Azərbaycan Xalq Cümhuriyyəti iki il yaşadı, onun ömrü uzun olmadı, iki ildən sonra süqut etdi. Ancaq Bakı Dövlət Universiteti yaşadı. Düzdür, o zamanın müəyyən ideoloji çərçivələri daxilində fəaliyyət göstərmişdir. Ancaq buna baxmayaraq, Bakı Dövlət Universiteti Azərbaycanın inkişafı, Azərbaycanda təhsilin inkişafı, elmi potensialın gücləndirilməsi üçün çox mühüm rol oynamışdır. Bu rol bu gün də davam edir", - dövlət başçısı bildirib.

İlham Əliyevin qeyd etdiyi kimi, Bakı Dövlət Universiteti bütün bu illər ərzində Azərbaycanda təhsil sahəsində öz aparıcı rolunu qoruyub saxlaya bilmişdir və bu gün bu rol daha da güclənir.

"Çox sevindirici haldır ki, Bakı Dövlət Universiteti bütün bu illər ərzində Azərbaycanda təhsil sahəsində öz aparıcı rolunu qoruyub saxlaya bilmişdir və bu gün bu rol daha da güclənir. Bu, bir daha onu göstərir ki, universitetin çox zəngin ənənələri, çox böyük potensialı, professor-müəllim heyətinin təcrübəsi, tələbələrin oxumağa və təhsilə verdikləri önəm vardır. Xüsusilə indiki şəraitdə hər şey təhsilin səviyyəsi ilə ölçülür. Hər bir insanın gələcəyi, hər bir gəncin taleyi onun biliyindən, təcrübəsindən, savadından asılıdır", - Azərbaycan Prezidenti bildirib.

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 90 illik yubileyi münasibətilə hamını təbrik edib və universitetin bütün kollektivinə xoşbəxtlik və yeni-yeni uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti