Noyabrın 8-də Sloveniya Respublikasının Prezidenti Danilo Türk Azərbaycana rəsmi səfərə gəlmişdir. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.
Azərbaycanın və Sloveniyanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına Beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Sloveniya dövlətinin başçısını və xanımını hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.
Milli geyimli uşaqlar Sloveniya Prezidentinə və xanımına gül dəstəsi təqdim etdilər.
Hava limanının ali qonaqlar üçün salonunda Prezident Danilo Türk və Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti oldu.