...

Xarici işlər naziri Gürcüstanın Azərbaycandakı səfirini fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib

Siyasət Materials 10 Noyabr 2009 18:06 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın Azərbaycandakı səfiri Nikolos Natbiladzeni ölkəmizdə fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib.
Xarici işlər naziri Gürcüstanın Azərbaycandakı səfirini fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib

Azərbaycan, Bakı, 10 noyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın Azərbaycandakı səfiri Nikolos Natbiladzeni ölkəmizdə fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib. Bu barədə çərşənbə axşamı Trend -a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı səfir Natbiladze Azərbaycanda Gürcüstanın səfiri olmasından məmnun olduğunu bildirib. İşlədiyi dövrdə ölkələr arasındakı iqtisadiyyat, təhsil, mədəniyyət, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini söyləyən səfir bu istiqamətdə XİN ilə faydalı əməkdaşlığını qeyd edib. Azərbaycandan xoş xatirələrlə ayrıldığını vurğulayan səfir fəaliyyəti zamanı göstərilən dəstək və diqqətə görə minnətdarlığını bildirib.

Öz növbəsində nazir Məmmədyarov səfir Natbiladzeyə xoş arzularını bildirib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti