Gürcüstan, Tbilisi, 16 noyabr / Trend , müxbir N.Kirsxaliya/
173 nəfərdən ibarət Gürcüstan hərbi qulluqçuları sülhməramlı missiyanı yerinə yetirmək məqsədilə bu gecə Əfqanıstana gedəcəklər. Rotanın verilməsi mərasimi Vazianidəki hərbi bazada olub.
"İkinci piyada briqadasının 23-cü batalyonunun hərbi qulluqçuları Fransanın cavabdehliyindəki zonada keçirilən İSAF əməliyyatlarında iştirak edəcəklər", - Gürcüstan SQ-nin Birləşmiş Qərargahının strateji planlaşdırma departamentinin rəisi Nika Cancqava deyib.
Gürcüstan hərbi kontingentinin ikinci hissəsi Əfqanıstana fevralda yola düşəcək və artıq ABŞ-ın cavabdehliyində olan zonada xidmət edəcək.
"Bu missiya Gürcüstan hərbi qüvvələri üçün çox mühümdür. Ona görə ki, bu, NATO-nun himayəsi altında keçirilir", - Cancqava deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]