...

Azərbaycanda 26 bələdiyyənin fəaliyyətində ciddi hüquq pozuntuları aşkar edilərək istintaq aparılması üçün prokurorluğa göndərilib - ədliyyə naziri

Siyasət Materials 20 Noyabr 2009 12:30 (UTC +04:00)
Azərbaycanda bu ilin 10 ayı ərzində inzibati nəzarət qaydasında 26 bələdiyyənin fəaliyyətində ciddi hüquq pozuntuları aşkar edilərək toplanmış materiallar istintaq aparılması üçün prokurorluğa göndərilib, Trend News-un məlumatına görə, bunu cümə günü dövlət qəzetində çap edilən yazısında ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov bildirib.
Azərbaycanda 26 bələdiyyənin fəaliyyətində ciddi hüquq pozuntuları aşkar edilərək istintaq aparılması üçün prokurorluğa göndərilib - ədliyyə naziri

Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda bu ilin 10 ayı ərzində inzibati nəzarət qaydasında 26 bələdiyyənin fəaliyyətində ciddi hüquq pozuntuları aşkar edilərək toplanmış materiallar istintaq aparılması üçün prokurorluğa göndərilib, Trend -un məlumatına görə, bunu cümə günü dövlət qəzetində çap edilən yazısında ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov bildirib.

"Nazirliyin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən bu ilin 10 ayı ərzində inzibati nəzarət qaydasında 26 bələdiyyənin fəaliyyətində ciddi hüquq pozuntuları aşkar edilərək toplanmış materiallar istintaq aparılması üçün prokurorluğa göndərilib, 670 bələdiyyə sədri barəsində inzibati xəta protokolları tərtib olunub", - nazir deyib.

Məmmədovun sözlərinə görə, aparılan araşdırmalar üzrə ümumilikdə 12,7 mln. manat məbləğində maliyyə pozuntusu, 383 ha torpaq sahəsinin qanunsuz satılması faktları müəyyən edilib, 2,8 min ha torpaq sahəsinə dair qəbul edilmiş qərarlar ləğv olunub.

"Bələdiyyələr tərəfindən yol verilmiş qanun pozuntularının səbəb və şəraitinin aradan qaldırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi üzrə 70-dən çox təklif verilib, 3 057 nəfər bələdiyyə üzvü və qulluqçusu ixtisasartırma tədbirlərinə, o cümlədən Ədliyyə Akademiyasında təşkil edilmiş kurslara cəlb olunub, bələdiyyələr üçün 15 metodik vəsait hazırlanıb", - nazir əlavə edib.

Azərbaycanda 1718 bələdiyyə fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti