...

İranda Azərbaycan dilini daha da inkişaf etdirmək üçün elmi və əsaslı iş aparılmalıdır - Mahmud Əhmədinejad

Siyasət Materials 20 Noyabr 2009 14:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir T.Cəfərov/

İran Prezidenti Mahmud Əhmədinejad Təbriz şəhərinə səfərinin ikinci günündə Şərqi Azərbaycan əyalətinin ziyalıları və mədəniyyət işçiləri ilə görüşündə bildirib ki, Azərbaycan dili bir sərmayədir.

"Bu sərmayəni - Azərbaycan dilini daha da inkişaf etdirmək üçün elmi və əsaslı iş aparılmalıdır. Bu sərmayəni qorumaq üçün universitet müllimləri proqramlar hazırlamalı və bu dilin magistr və doktorluq səviyyəsində öyrənilməsinə şərait yaratmalıdırlar", - deyə Əhmədinejad deyib, Trend cümə günü İranın MEHR agentliyinə istinaden məlumat yayıb.

Əhmədinejad deyib ki, azərbaycanlılar tarixi köklərinə, dərrakələrinə və güclərinə görə İranda yaşayan xalqlar arasında həmişə birinci olublar.

"İran İslam Respublikası Azərbaycan xalqının səyləri nəticəsində qurulub", - deyə Əhmədinejad deyib.

İran Prezidenti Əhmədinejad ötən gün Şərqi Azərbaycan əyalətinə səfər edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti