...

Özbəkistan Azərbaycanla müqavilə-hüquq bazasının təkmilləşdirilməsi üzərində işləmək niyyətindədir - səfir

Siyasət Materials 2 Dekabr 2009 12:49 (UTC +04:00)
Özbəkistan Azərbaycan və Özbəkistan arasında müqavilə-hüquq bazasının təkmilləşdirilməsi üzərində işləmək niyyətindədir. Bu barədə çərşənbə axşamı Özbəkistanın Azərbaycandakı səfiri İsmətulla İrqaşev Trend News-a deyib.
Özbəkistan Azərbaycanla müqavilə-hüquq bazasının təkmilləşdirilməsi üzərində işləmək niyyətindədir - səfir

Azərbaycan, Bakı, 01 dekabr / Trend , müxbir V.Javoronkova/

Özbəkistan Azərbaycan və Özbəkistan arasında müqavilə-hüquq bazasının təkmilləşdirilməsi üzərində işləmək niyyətindədir. Bu barədə çərşənbə axşamı Özbəkistanın Azərbaycandakı səfiri İsmətulla İrqaşev Trend -a deyib.

Onun sözlərinə görə, ikitərəfli müqavilə-hüquq bazasının zənginləşdirilməsinə dair hər iki ölkənin qarşılıqlı təklifləri var.

"Bu məsələyə əməkdaşlığımızın demək olar ki, bütün sahələrini aid etmişik, lakin müqavilə-hüquq bazasının təkmilləşdirilməsi üzrə obyektiv məqam var ki, bunun üzərində işləyəcəyik", - səfir deyib.

İrqaşevin sözlərinə görə, Azərbaycan və Özbəkistan arasında ticari-iqtisadi əməkdaşlığa dair hökümətlərarası komissiyanın IX iclasının vaxtının növbəti ilə keçirilməsi planlaşdırılır. Hazırda tərəflər iclasın keçirilmə vaxtını müzakirə edirlər.

Diplomatın sözlərinə görə, növbəti il Özbəkistan Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə cavab səfərini gözləyəcək.

İrqaşevin sözlərinə görə, Özbəkistan həmçinin iki ölkə arasında mədəni əməkdaşlığın intensivləşəcəyinə ümid edir. "Biz hazırda Azərbaycan və Özbəkistan arasında telekanal mübadiləsi üzərində iş aparırıq. Bizim artıq təcrübəmiz var, belə ki, biz ölkələrmiz haqqında sənədli filmləri mübadilə etmişik", - o deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti