...

İran Parlametinin sədri Misirə səfər edəcək

Siyasət Materials 19 Dekabr 2009 12:19 (UTC +04:00)
İran Parlamentinin spikeri Əli Laricani bazar günü Misirə səfər edəcək.
İran Parlametinin sədri Misirə səfər edəcək

İran Parlamentinin spikeri Əli Laricani bazar günü Misirə səfər edəcək. Məlumatı MEHR agentliyi yayıb.

Laricaninin Misirə səfərində məqsəd İslam ölkələrinin Parlamentlərarası İttifaqının ikigünlük komitə iclasında iştirak etməkdir. İclasda ittifaqın nizamnaməsində dəyişiklilər edilməsi planlaşdırılır.

Keçən il Qahirədə keçirilən iclasda qətnamə qəbul edilmişdi ki, buna əsasən də nizamnamədə dəyişiklik edilməlidir.

Bu qətnamənin qəbul edilməsindən sonra Misir hökuməti yanında tərkibinə Türkiyə, Küveyt, Nigeriya, AzərbaycanUqanda nümayəndələrinin daxil olduğu komitə yaradılıb.

Komitənin ekspertlər səviyyəsində ilk iclası keçən il Əlcəzairdə keçirilib. Burada növbəti iclasın Misirdə keçiriləcəyinə dair qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti