...

MTN əməkdaşları "İlham Zirvəsi"nə alpinist yürüşü ediblər

Siyasət Materials 25 Dekabr 2009 16:48 (UTC +04:00)
Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşı bu ilin 21-24 dekabr tarixlərində dövlət başçısı İlham Əliyevin doğum günü münasibətilə Böyük Qafqaz silsiləsinin Şahdağ massivində yerləşən və hündürlüyü 4042 metr olan "İlham Zirvəsi"nə alpinist yürüşü edib.
MTN əməkdaşları "İlham Zirvəsi"nə alpinist yürüşü ediblər

Azərbaycan, Bakı, 25 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşı bu ilin 21-24 dekabr tarixlərində dövlət başçısı İlham Əliyevin doğum günü münasibətilə Böyük Qafqaz silsiləsinin Şahdağ massivində yerləşən və hündürlüyü 4042 metr olan "İlham Zirvəsi"nə alpinist yürüşü edib.

Nazirliyin İcrimaiyyətlə Əlaqələr Mərkəzindən cümə günü Trend -a bildiriblər ki, alpinist qrupu dekabrın 24-də saat 13:00-da dövlət başçısının adını daşıyan zirvəyə çatıb.

Tədbir iştirakçıları qeyd olunan zirvəyə Quba rayonunun Xınalıq kəndindən istiqamət götürüblər. Milli Təhlükəsizlik Nazirliyinin alpinist qrupu "İlham Zirvəsi"nə Azərbaycanın dövlət bayrağını sancıb. Yürüşdə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları ilə yanaşı, Dağ İdman Klubunun alpinistləri də iştirak ediblər.

Ənənə halını almış bu tədbirlərdə məqsəd Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin milli maraqlar naminə yürütdüyü müdrik daxili və xarici siyasət xəttinə, Azərbaycanı zirvələrə və zəfərlərə aparan müstəqillik və dövlətcilik kursuna sadiqlik və dəstək nümayiş etdirməkdir. Belə tədbirlər eyni zamanda ölkədə idmana, onun ekstremal növlərinə və gəncliyə göstərilən dövlət qayğısının daha bir təzahürüdür.

Aksiya Dövlət Sərhəd Xidməti, Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin və Dağ İdman Klubunun dəstəyi ilə həyata keçirilib. Yürüş ekstremal hava şəraitində baş tutub.

Xəbər lenti

Xəbər lenti