...

ABŞ-ın yüksək rütbəli məmurlarının Gürcüstana səfərindən birmənalı dəstək gözlənilir

Siyasət Materials 4 Fevral 2010 13:06 (UTC +04:00)
Gürcüstan və ABŞ arasında ikitərəfli əməkdaşlığın geniş aspektləri qanuniləşdirilmiş strategiya çərçivəsində Birləşmiş Ştatların dövlət katibinin köməkçisi və birinci müavini Ceyms Steynberq və Filip Qordonun Gürcüstana səfəri zamanı müzakirə ediləcək.
ABŞ-ın yüksək rütbəli məmurlarının Gürcüstana səfərindən birmənalı dəstək gözlənilir

Gürcüstan, Tbilisi, 4 fevral / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan və ABŞ arasında ikitərəfli əməkdaşlığın geniş aspektləri qanuniləşdirilmiş strategiya çərçivəsində Birləşmiş Ştatların dövlət katibinin köməkçisi və birinci müavini Ceyms Steynberq və Filip Qordonun Gürcüstana səfəri zamanı müzakirə ediləcək.

Gürcüstan xarici işlər naziri David Berdzenişvilinin məlumatına əsasən, görüşdən sonra ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın dəstəklənməsinə dair bəyanat veriləcək.

Dövlət katibinin birinci müavini Ceyms Steynberq, Avropa və Asiya məsələləri üzrə dövlət katibinin köməkçisi Filip Qordon Qafqaz səfəri çərçivəsində fevralın 5-də Ermənistandan Gürcüstana gələcək. Onlar prezident Mixail Sakaşvili və müxalifət partiyalarının nümayəndələri ilə görüşəcək.

Parlamentin Beynəlxalq əlaqələr komitəsinin sədri Akaki Minaşvilinin məlumatına əsasən, erməni diplomatlarla görüş zamanı Gürcüstan ərazisində mövcud olan münaqişələrin nizamlanma məsələləri nəzərdən keçiriləcək.

Minaşvilinin sözlərinə əsasən, görüş çərçivəsində Gürcüstanda möcud olan münaqişələrin nizamlanması istiqamətində beynəlxalq səylərin fəallaşdırılması imkanları müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti