...

Azərbaycan Parlamentinin sədri Norveçin ədliyyə və polis nazirini qəbul edib

Siyasət Materials 8 Fevral 2010 16:41 (UTC +04:00)
"Azərbaycanın və Norveçin hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlıq dövlətlərimizin əlaqələrinin inkişafında mühüm rol oynayır", - Trend News-un məlumatına görə, bazar ertəsi Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Norveçin ədliyyə və polis naziri Knut Storbergetlə görüşdə bildirib.
Azərbaycan Parlamentinin sədri Norveçin ədliyyə və polis nazirini qəbul edib

Azərbaycan, Bakı, 08 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin sədri Norveçin ədliyyə və polis nazirini qəbul edib.

"Azərbaycanın və Norveçin hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlıq dövlətlərimizin əlaqələrinin inkişafında mühüm rol oynayır", - Trend -un məlumatına görə, bazar ertəsi Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Norveçin ədliyyə və polis naziri Knut Storbergetlə görüşdə bildirib.

Əsədovun sözlərinə görə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün dövlətlər, eləcə də Norveç Krallığı ilə əlaqələr qurub. "Bu gün bir çox sahələrdə səmərəli əməkdaşlıq edirik. Parlamentlərimiz arasında da münasibətlər inkişaf edir. Amma bu münasibətlər yetərincə deyil. 2005-ci ildə Milli Məclisdə Norveç parlamenti ilə əməkdaşlıq üzrə işçi qrupu yaradılıb. İstərdik ki, qarşı tərəfdə də belə bir qrup yaradılsın", - spiker əlavə edib.

Parlament sədri deyib ki, hüquq-mühafizə orqanları arasında əlaqələrin inkişafı, birgə əməkdaşlıq, təcrübə mübadiləsi olduqca vacibdir.

Əsədov Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib, münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyini və ərazi bütövlüyünü dəstəklədiyinə görə Norveç hökumətinə minnətdarlığını bildirib.

Storbergetin fikrincə, səfərin məqsədi Azərbaycanın hüquq-mühafizə orqanları ilə səmərəli əməkdaşlıq üzrə fikir mübadiləsi aparmaqdır. "Norveç şirkətləri Azərbaycanın neft sektorunda uğurla çalışırlar. Bu da təkcə iqtisadi sahədə deyil, siyasi və humanitar sahələrdə də əlaqələrin inkişafına zəmin yaradır", - nazir vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti