...

Azərbaycanda elektrik yarımstansiyasının partladılacağı barədə yalan məlumat verən ruhi xəstə saxlanılıb

Siyasət Materials 12 Fevral 2010 14:07 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, naməlum şəxs Fövqəladə Hallar Nazirliyinin "112" Xidmətinə zəng edərək "Şamaxı rayonunun Pidrəki dağındakı elektrik yarımstansiyası partladılacağı barədə məlumat verib.
Azərbaycanda elektrik yarımstansiyasının partladılacağı barədə yalan məlumat verən ruhi xəstə saxlanılıb

Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda elektrik yarımstansiyasının partladılacağı barədə yalan məlumat verən ruhi xəstə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, naməlum şəxs Fövqəladə Hallar Nazirliyinin "112" Xidmətinə zəng edərək "Şamaxı rayonunun Pidrəki dağındakı elektrik yarımstansiyası partladılacağı barədə məlumat verib.

Məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülüb.

Dərhal həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlumat təsdiqini tapmayıb.

Aparılmış araşdırmalar zamanı zəng edilən nömrənin Şamaxı şəhər sakini Rasim Aslanova məxsus olması aşkar edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Aslanov saxlanılıb, onun ruhi xəstə olması müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti