...

Azərbaycanın XİN rəhbəri BMT-nin ölkədəki rezident əlaqələndiricisini qəbul edib

Siyasət Materials 25 Fevral 2010 19:24 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin rezident əlaqələndiricisi Bruno Puezatı ölkədəki fəaliyyətini başa vurması münasibətilə qəbul edib. Bu barədə Azərbaycan XİN-nin məlumatında deyilir.
Azərbaycanın XİN rəhbəri BMT-nin ölkədəki rezident əlaqələndiricisini qəbul edib

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir M.Əliyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin rezident əlaqələndiricisi Bruno Puezatı ölkədəki fəaliyyətini başa vurması münasibətilə qəbul edib. Bu barədə Azərbaycan XİN-nin məlumatında deyilir.

Görüş zamanı Puezat Azərbaycanda fəaliyyət göstərdiyi müddət ərzində ölkəmizdə gedən inkişaf prosesindən məmnunluğunu ifadə edib. Qeyd edib ki, Azərbaycan regionda lider dövlətə çevrilib və aparılan islahatlar nəticəsində davamlı inkişaf edəcək. O vurğulayıb ki, Azərbaycandakı fəaliyyəti müddətində bir sıra uğurlu layihələr həyata keçirilib.

Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov deyib ki, iqtisadi imkanlarının artması ilə ölkə beynəxalq yardım siyasətini fəallaşdırır və BMT-nin bu istiqamətdə təcrübəsi mühümdür.

Elmar Məmmədyarov Puezata gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Xəbər lenti

Xəbər lenti