...

Azərbaycan Prezidenti Slovakiyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 15 Mart 2010 16:45 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Slovakiyanın xarici işlər naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidenti Slovakiyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Slovakiyanın xarici işlər naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı Slovakiyanın xarici işlər naziri Miroslav Layçakın ölkəmizə ilk səfərinin uğurlu olacağına ümidvar olduğunu bildirib və bu səfərin Azərbaycan ilə Slovakiya arasında bir çox sahələrdə səmərəli əməkdaşlıq üçün yaxşı perspektivlər açacağını vurğulayıb.

Prezident İlham Əliyev bunun üçün qarşılıqlı maraqların və yaxşı potensialın mövcud olduğunu da qeyd edib. Dövlətimizin başçısı səfər zamanı keçirilən görüşlərin ikitərəfli münasibətlərin inkişafının əsas istiqamətlərinin müəyyən edilməsi baxımından səmərəli olacağına əminliyini ifadə edib.

Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Azərbaycanın həm regional, həm siyasi, həm iqtisadi, həm də energetika baxımından aparıcı dövlətlərdən biri olduğunu vurğulayıb. O, Azərbaycan Prezidentinin regionda gedən proseslərlə bağlı fikirlərinin Slovakiya tərəfi üçün önəmli olduğunu qeyd edib. Daha sonra nazir bildirib ki, səfərinin əsas məqsədi ikitərəfli münasibətlərin intensivləşdirilməsindən ibarətdir. Ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsindən razılığını ifadə edən Miroslav Layçak Slovakiya ilə Azərbaycanın dost ölkələr olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti