...

Gürcüstan Cənubi Osetiya və Abxaziyaya dair dövlət strategiyasını ATƏT-ə təqdim edəcək

Siyasət Materials 18 Mart 2010 15:28 (UTC +04:00)
Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili cümə axşamı səhər Vyanaya yola düşüb. Hava limanında dövlət naziri jurnalistlərə Cənubi Osetiyaya və Abxaziyaya dair Gürcüstanın dövlət strategiyasını ATƏT-in mənzil-qərargahına təqdim edəcəyini bildirib.
Gürcüstan Cənubi Osetiya və Abxaziyaya dair dövlət strategiyasını ATƏT-ə təqdim edəcək

Gürcüstan, Tbilisi, 18 mart / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili cümə axşamı səhər Vyanaya yola düşüb. Hava limanında dövlət naziri jurnalistlərə Cənubi Osetiyaya və Abxaziyaya dair Gürcüstanın dövlət strategiyasını ATƏT-in mənzil-qərargahına təqdim edəcəyini bildirib.

Onun sözlərinə əsasən, ATƏT səfirləri ilə strategiyanın müzakirəsi martın 19-da baş tutacaq. "Biz Aİ, ABŞ, BMT-nin sınağından müvəffəqiyyətlə keçən strategiyamızın təqdimatını keçirəcəyik", - Yakobaşvili bildirib.

O qeyd edib ki, münaqişənin həll edilməsi üçün bu sənədi yaxşı dayaq hesab edən elmi akademik dairələrin nümayəndələri və siyasətçilər strategiyanı qəbul edir.

Öz müstəqilliyini elan edən Abxaziya və Cənubi Osetiyanın liderləri sözügedən sənədin nəzərdən keçirilməsinə qarşıdır.

Xəbər lenti

Xəbər lenti