...

Hindistanın səfiri Tovuza səfər edib

Siyasət Materials 26 Mart 2010 01:39 (UTC +04:00)
Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Drebnat Şou cümə axşamı Tovuz rayonuna səfər edib. Səfər zamanı hindistanli diplomat bildirib ki, onun ölkəsinin Dağlıq Qarabaq münaqişəsi ilə bağlı mövqeyi dəyişməz və şəffaf olaraq qalır, Hindistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və məsələnin sülh yolu ilə həll olunacağına ümid edir.
Hindistanın səfiri Tovuza səfər edib

Azərbaycan, Tovuz, 25 mart / Trend , müxbir V.Məmmədov/

Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Drebnat Şou cümə axşamı Tovuz rayonuna səfər edib. Səfər zamanı hindistanli diplomat bildirib ki, onun ölkəsinin Dağlıq Qarabaq münaqişəsi ilə bağlı mövqeyi dəyişməz və şəffaf olaraq qalır, Hindistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və məsələnin sülh yolu ilə həll olunacağına ümid edir. Səfər zamanı ilk olaraq diplomata Azərbaycan xəritəsi haqda məlumat verilib. Səfirə, minilliklər boyu Azərbaycanın ərazisinin hissə - hissə, zorla ayrılaraq qonşu ölkələrə birləşdirilməsini əks etdirən lövhə göstərilib.

Görüş çərçivəsində Drebnat Şou Tovuz rayonu icra hakimiyyəti başçısı Tofiq Zeynalovla görüşüb. Səfir bildirib ki, Azərbaycan Hindistan üçün mühüm ölkədir. Təkcə neft sektorunda deyil digər sahələrdə də, xüsusiyyətlə kənd təsərrüfatı və heyvandarlıq sahələrində, geniş əlaqələrin yaradılması mümkündür. Millət vəkili Qənirə Paşayeva isə Tovuz şəhəri ilə Hindistanın hər hansı bir şəhərininqardaşlaşması məsələsinin vacibliyini vurğulayıb. "Tovuz ilə Hindistanın hər hansı bir şəhəri qardaşlaşarsa, bu iki ölkənin arasında əlaqələrin genişlənməsinə gətirib çıxaracaq. Hər iki ölkənin vətəndaşları bir - birilərini daha yaxından tanıyacaqlar. Bu ölkələrin iqtisadiyyatının, mədəniyyətinin və turizminin inkişafına təkan verəcək" - deyə Qənirə Paşayeva bildirib.

Görüş çərçivəsində diplomata saz hədiyyə edilib.

Hindistanlı diplomatın səfəri Tovuzun sərhəd kəndlərinə baş çəkməsi ilə davam edib. Əlibəyli kəndinə gələn səfirə Ermənistan silahlı qüvvələrinin tərəfindən atəşə tutulması nəticəsində  yararsız hala düşən yaşayış evi və məktəb binası göstərilib. Diplomata bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin tez - tez pozulması nəticəsində kənd sakinlərinin normal həyat fəaliyyəti pozulur, onlar əkin biçinlə məşğul ola bilmirlər.

Səfir atışma zamanı yaralanan sakinlərlə söhbət edərək onların üzləşdikləri dözülməz şərait barədə ətraflı məlumatlandırılıb. Daha sonra Ağdam kəndinə baş çəkilib. Qeyd edək ki, bu kəndə gəlməmişdən bir neçə dəqiqə öncə erməni silahlı qüvvələri cəbhə xəttində atəşkəs rejimini pozmuşlar. Millət vəkili Qənirə Paşayeva səfirə kəndin ermənilər tərəfindən dağıdılan qəbirstanlığı barədə məlumat verib. Bildirilib ki, qəbirstanliq mütəmadi olaraq erməni silahlı qüvvələri tərəfindən atəşə tutulur. Nəticədə isə kənd sakinləri məzarlıqdan istifadə edə bilmirlər.

Səfər çərçivəsində Şou Tovuzda yerləşən N saylı hərbi hissədə olub. O, burada Azərbaycanın tanınmış bəstəkar müğənnisi Elza Seyid Cahanın ifasında əsgərlərlə hind və milli musiqimizin sədaları altında rəqs edib. Həmçinin xitmətdə fərqlənən əsgərlərə hədiyyələr təqdim edilib.

Səfər çərçivəsində Drebnat Şou Heydər Əliyev muzeyinə baş çəkib. Heydər Əliyevin həyat fəaliyyətini əks etdirən fotolarla tanış olub. Həmçinin buradakı qonaqlar kitabına ürək sözlərini yazıb.

Xəbər lenti

Xəbər lenti