...

Hindistanla Azərbaycan arasında informasiya texnologiyaları sahəsində əməkdaşlıq genişləndiriləcək - səfir

Siyasət Materials 26 Mart 2010 12:57 (UTC +04:00)
Hindistanla Azərbaycan arasında informasiya texnologiyaları sahəsində əməkdaşlıq genişləndiriləcək. Trend News-un məlumatına görə, bu barədə məlumatı Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Debnat Şou Tovuz rayonuna səfəri zamanı jurnalistlərə bildirib.
Hindistanla Azərbaycan arasında informasiya texnologiyaları sahəsində əməkdaşlıq genişləndiriləcək - səfir

Azərbaycan, Gəncə, 26 mart / Trend , müxbir V.Məmmədov/

Hindistanla Azərbaycan arasında informasiya texnologiyaları sahəsində əməkdaşlıq genişləndiriləcək. Trend -un məlumatına görə, bu barədə məlumatı Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Debnat Şou Tovuz rayonuna səfəri zamanı jurnalistlərə bildirib.

Səfirin sözlərinə görə, artıq bir neçə Hindistan şirkəti bu sahədə əməkdaşlıq üçün Azərbaycanla yaxından maraqlanır.

Onun sözlərinə görə, Hindistanla Azərbaycan arasında neft sahəsində əlaqələrlə yanaşı, qeyri-neft sektoru sahəsində, xüsusilə də informasiya texnologiyaları sahəsində əlaqələr mövcuddur.

"Demək olar ki, bütün Hindistan şirkətləri bu sahədə Azərbaycanda işləməyə maraq göstərir. Konkret olaraq beynəlxalq "Orikl" şirkəti Azərbaycanda bankların mərkəzləşdirilmiş sistemini yaratmaq istəyir ki, bunun nəticəsində bir bankın hesabları digər bankdan alına bilir" - Şou əlavə edib.

Səfir bildirib ki, Hindistanla Azərbaycan arasında informasiya texnologiyalarına dair əməkdaşlıq üzrə müqavilə artıq hazırdır.

"Azərbaycanın rabitə, informasiya və texnologiyalar nazirinin bu il Hindistana gözlənilən səfəri zamanı bu sənəd imzalanacaq", - deyə səfir bildirib.

Xəbər lenti

Xəbər lenti