...

Aİ Cənubi Qafqaz dövlətlərinin sərhədlərinin vahid idarəsində kömək göstərir

Siyasət Materials 29 Mart 2010 11:36 (UTC +04:00)
Avropa İttifaqının yeni proqramı Azərbaycan, Ermənistan və Gürcüstan hökumətlərinə sərhədlərin idarəsi sisteminin tətbiqində kömək göstərəcək, bu onları eyni zamanda açıq və təhlükəsiz edəcək.
Aİ Cənubi Qafqaz dövlətlərinin sərhədlərinin vahid idarəsində kömək göstərir

Gürcüstan, Tbilisi, 29 mart / Trend , müxbir N.Kirsxaliya/

Avropa İttifaqının yeni proqramı Azərbaycan, Ermənistan və Gürcüstan hökumətlərinə sərhədlərin idarəsi sisteminin tətbiqində kömək göstərəcək, bu onları eyni zamanda açıq və təhlükəsiz edəcək.

Miqrasiya siyasəti məsələləri üzrə beynəlxalq mərkəzlə əməkdaşlıqda BMT-nin İnkişaf Proqramının həyata keçirəcəyi proqramın büdcəsi 6,3 mln avro təşkil edir.

Proqramın rəsmi açılışı Gürcüstan, Ermənistan və Azərbaycan hökumətlərinin nümayəndələrinin, beynəlxalq təşkilatların və Aİ-yə üzv ölkələrin iştirakı ilə martın 29-da Tbilisidə keçiriləcək.

Konfrans "Kortiard Mariott" mehmanxanasında saat 11:00-da açılacaq. Proqramda BMT-nin İnkişaf Proqramının Gürcüstandakı missiyasının rəhbərinin müavini İnita Pauloviç, layihələr şöbəsinin rəhbəri, Aİ-nın Gürcüstandakı missiyasının nümayəndəsi Martin Klauke, Miqrasiya Siyasəti Məsələləri üzrə Beynəlxalq Mərkəzin direktoru Martin Plyum, Gürcüstan daxili işlər nazirinin müavini Yekaterina Zquladze, Gürcüstan maliyyə nazirinin müavini İrakli Siradze, sərhəd polisinin rəisi Zaza Qoqava və digər rəsmi şəxslər iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti