Azərbaycan Prezidenti Şirvan şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib

Siyasət Materials 1 Aprel 2010 16:21 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Şirvan şəhərində Heydər Əliyev Mərkəzinin açılış mərasimində iştirak edib.
Azərbaycan Prezidenti Şirvan şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Şirvan şəhərində Heydər Əliyev Mərkəzinin açılış mərasimində iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Mərasim iştirakçıları Prezident İlham Əliyevi hərarətlə qarşılayıblar.

Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsib, mərkəzlə tanış olub.

Məlumat verilib ki, Heydər Əliyev Mərkəzi Şirvan memarlıq məktəbinin ənənələrinə və müasir memarlıq üslubuna uyğun 450 kvadratmetr sahədə inşa edilib. Fasad hissələr yüksəkkeyfiyyətli ağ lay daş və qranit plitələrlə üzlənib. Mərkəzin ətrafında 3400 kvadratmetr sahə abadlaşdırılıb, burada dekorativ ağac və gül kolları əkilib, çəmənliklər salınıb, müasir işıqlandırma sistemləri, oturacaqlar quraşdırılıb.

Hündürlüyü 7 metr olan binanın portalı 9 metrdir. Bina səkkizguşə formasındadır. Fasadın bəzək elementləri axşam işıqlanması zamanı binanı daha əzəmətli göstərir.
Binanın daxilində əsas ekspozisiyaların yerləşdirilməsi üçün beş guşə və mərkəzdə zal var. Zalda ulu öndər Heydər Əliyevin əzəmətli büstü və miniatür heykəllər qoyulub. Burada konfrans zalı, kitabxana, kompüter otağı var, "Gənc Heydərçilər" dərnəyi fəaliyyət göstərir.

Prezident İlham Əliyev xatirə kitabına ürək sözlərini yazıb.

Sonra Şirvan şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşən dövlətimizin başçısı onları Heydər Əliyev Mərkəzinin açılışı münasibətilə təbrik edib, xatirə şəkli çəkdirib.

Xəbər lenti

Xəbər lenti