Azərbaycanda mövcud Seçki Məcəlləsinin təkmilləşdirilməsinə ehtiyac yoxdur - vitse-spiker Bahar Muradova

Siyasət Materials 3 Aprel 2010 12:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda mövcud olan Seçki Məcəlləsinin təkmilləşdirilməsinə ehtiyac yoxdur. Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

"Mövcud Seçki Məcəlləsi siyasi qüvvələrin bərabər şəraitdə rəqabət aparmasına imkan verir", - Muradova deyib.

Trend-in arayışı: Azərbaycanda təmsil olunan müxalifət partiyaları şəffaf və demokratik seçkilərin keçirilməsi üçün Seçki Məcəlləsinin təkmilləşdirilməsini vacib sayırlar. Müxalifət əsasən seçki komissiyalarının paritet əsasda formalaşdırılmasını istəyir.

Hazırda Mərkəzi Seçki Komissiyasında çoxluq hakim Yeni Azərbaycan Partiyasına məxsusdur.

Muradova deyib, MSK-da boş qalan üzvlərin yerinə müxalifət partiyaları müzakirələr apararaq namizədlərini göndərə bilərlər.

Müxalif Müsavat Partiyası MSK-ya 2 üzv verməkdən imtina edib.

Azərbaycanda parlament seçkisi noyabrın əvvəllərində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti