Gürcüstanın Azərbaycandakı səfirinin namizədliyi irəli sürülüb

Siyasət Materials 6 Aprel 2010 10:55 (UTC +04:00)
Gürcüstan Parlament bürosu bu gün ölkənin Azərbaycandakı səfirinin namizədliyini nəzərdən keçirəcək. Gürcüstan Parlamentindən Trend-ə verilən məlumata görə, Prezident Mixail Saakaşvili bu posta İrakli Kavtaradzenin namizədliyini irəli sürüb.
Gürcüstanın Azərbaycandakı səfirinin namizədliyi irəli sürülüb

Gürcüstan, Tbilisi, 6 aprel /Trend, müxbir H.Kirsxaliya/

Gürcüstan Parlament bürosu bu gün ölkənin Azərbaycandakı səfirinin namizədliyini nəzərdən keçirəcək. Gürcüstan Parlamentindən Trend-ə verilən məlumata görə, Prezident Mixail Saakaşvili bu posta İrakli Kavtaradzenin namizədliyini irəli sürüb.

Hazırda Kavtaradze hakim Vahid Milli Hərəkat Partiyasının katibi postunu tutur və Gürcüstan Parlamentinin deputatıdır.

Vitse-spiker Georgi Sereteli Trend-ə bildirib ki, Kavtaradze "layiqli namizəddir" və o, yeni tapşırığın "öhdəsindən çox yaxşı gələcək".

Parlament bürosunda müzakirələrdən sonra yeni səfirin namizədliyi plenar iclasda təsdiqlənməlidir.

Ötən ilin sonlarında Gürcüstanın Azərbaycanda təyin edilmiş səfiri İvane Noniaşvili istefa barədə müraciət edərək, diplomatik missiya rəhbərinin səlahiyyətlərinin icrasına başlamadı.

Xəbər lenti

Xəbər lenti