Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Estoniyaya dövlət səfərinə yola düşüb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Dövlət başçısını Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.