Azərbaycana NATO Siyasi Komitəsinin üzvləri gələcək

Siyasət Materials 9 Aprel 2010 16:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir A.Hüseynbala/

NATO Parlament Assambleyasının Siyasi Komitəsinin NATO tərəfdaşlığı üzrə alt komitəsinin üzvlərinin aprelin 11-də Azərbaycana səfəri başlayır.

"NATO tərəfdaşlığı üzrə alt komitənin üzvləri parlament sədrinin birinci müzavini, Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovla görüşəcəklər", - cümə günü Trend-ə Milli Məclisin mətbaut xidmətindən bildirilib.

Komitə üzvləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər. "Parlamentin iclas zalı, Heydər Əliyev xatirə zalı ilə tanış olacaq alt komitənin üzvləri beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə də görüşəcəklər", - məlumatda vurğulanır.

Xəbər lenti

Xəbər lenti