Gürcüstan, Tbilisi, 12 aprel /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze apreiln 14-17-də Nyu Yorka işgüzar səfər edəcək.
XİN-in Mətbuat və Çap Departamentindən Trend-ə bildirildiyi kimi, səfərdə məqsəd gündəlikdə duran BMT-də Gürcüstan məsələsi prioritetlərinin gözdən keçirilməsidir.
Vaşadze səfəri çərçivəsində BMT-nin baş katibi, BMT Baş Assambleyasının prezidenti, BMT-nin Qaçqınlarla İş üzrə Ali Komssarlığının ofis rəhbərləri və BMT-yə üzv ölkələrin, həmçinin Təhlükəsizlik Şurasına daxil olan ölkələrin səfirləri ilə görüşəcək.
Gürcüstanın xarici işlər naziri BMT-nin mənzil-qərargahında brifinq keçirəcək və Nyu York Universitetində çıxış edəcək.