...

Bakıda "Diqqət! Piyada" şərti adı altında yol hərəkəti təhlükəsizliyi aylığı keçiriləcək

Siyasət Materials 13 Aprel 2010 17:21 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, təhlükəsizlik aylığının keçirilməsindəməqsəd yol-nəqliyyat hadisələrinin qarşısının alınması, xüsusilə də piyadalar arasında intizamın möhkəmləndirilməsi sahəsində tədbirlərin səmərəsinin artırılmasıdır.
Bakıda "Diqqət! Piyada" şərti adı altında yol hərəkəti təhlükəsizliyi aylığı keçiriləcək

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakı şəhərində aprelin 15-dən mayın 15-dək "Diqqət! Piyada" şərti adı altında yol hərəkəti təhlükəsizliyi aylığı keçiriləcək.

Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, təhlükəsizlik aylığının keçirilməsində məqsəd yol-nəqliyyat hadisələrinin qarşısının alınması, xüsusilə də piyadalar arasında intizamın möhkəmləndirilməsi sahəsində tədbirlərin səmərəsinin artırılmasıdır.

Məlumatda bildirilir ki, respublikada nəqliyyat vasitələrinin sayının sürətlə artımı hərəkət intensivliyinin yüksəlməsi ilə nəticələndiyindən hərəkətin təhlükəsizliyinin təmini, yol-nəqliyyat hadisələrinin qarşısının alınması, xüsusilə də piyadaların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması sahəsində əlavə tədbirlərin görülməsinə, ictimaiyyətin diqqətini belə vacib məsələyə yönəldilməsinə zərurət yaranıb.

Cari ilin 3 ayı ərzində paytaxtın küçə və yollarında piyadaların vurulması ilə bağlı 217 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 82 nəfər həlak olub, 165 nəfər isə yaralanıb.

Bu hadisələr ümumilikdə ölkədə baş verən yol-nəqliyyat hadisələrinin 41,9 faizini, Bakı şəhərində isə 52,6 faizini təşkil edir.

Bakı şəhər DYP İdarəsi aylıq ərzində bütün hərəkət iştirakçılarını intizamlı olmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.

Xəbər lenti

Xəbər lenti