...

Azərbaycanın qərbində qanunsuz olaraq "Yahova şahidləri" dini təriqətini təbliğ edən şəxslər saxlanılıb

Siyasət Materials 28 Aprel 2010 17:12 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, aprelin 26-da Ağstafa rayonu ərazisində "Yahova şahidləri" dini təriqətini təbliğ etdikləri üçün saxlanılan Bakı şəhər sakinləri Salatın İsgəndərova, Şəfiqə Məmmədova və Gədəbəy rayon sakini Gülnaz Həsənovadan təbliği və yayılması qanunla qadağan edilmiş 408 ədəd dini broşürlər aşkar edilərək götürülüb.
Azərbaycanın qərbində qanunsuz olaraq "Yahova şahidləri" dini təriqətini təbliğ edən şəxslər saxlanılıb

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın qərbində qanunsuz olaraq "Yahova şahidləri" dini təriqətini təbliğ edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, aprelin 26-da Ağstafa rayonu ərazisində "Yahova şahidləri" dini təriqətini təbliğ etdikləri üçün saxlanılan Bakı şəhər sakinləri Salatın İsgəndərova, Şəfiqə Məmmədova və Gədəbəy rayon sakini Gülnaz Həsənovadan təbliği və yayılması qanunla qadağan edilmiş 408 ədəd dini broşürlər aşkar edilərək götürülüb.

Rayon məhkəməsinin qərarı ilə onlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələniblər.

Xəbər lenti

Xəbər lenti