...

Stereotiplər gender bərabərliyinə nail olunmasında əsas maneədir - Mod de Bur-Bukikkio

Siyasət Materials 24 May 2010 13:59 (UTC +04:00)
Stereotiplər kişilər və qadınlar arasında bərabərliyin təmin olunmasında əsas maneədir. Avropa Şurası Baş katibinin müavini Mod de Bur-Bukikkio (Maud de Boer-Buquicchio) belə hesab edir, məktəb təhsilinin və KİV-in onun aradan qaldırılmasında xüsusi rolunu qeyd edir.
Stereotiplər gender bərabərliyinə nail olunmasında əsas maneədir - Mod de Bur-Bukikkio

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir Y.Ostapenko/

Stereotiplər kişilər və qadınlar arasında bərabərliyin təmin olunmasında əsas maneədir. Avropa Şurası Baş katibinin müavini Mod de Bur-Bukikkio (Maud de Boer-Buquicchio) belə hesab edir, məktəb təhsilinin və KİV-in onun aradan qaldırılmasında xüsusi rolunu qeyd edir.

"Məktəb təhsilinin gender stereotiplərinə qarşı tənqidi münasibətdə inkişaf etməsi, uşaqlarda müstəqil baxışların yaranması yolu ilə dağıdılması vacibdir", - Bukikkio bazar ertəsi Bakıdakı beynəlxalq festivalda giriş nitiqndə bildirib.

Mayın 24-25-də Bakıda Azərbaycan hökuməti və Avropa Şurasının dəstəyi ilə "Gender bərabərliyi" adlı konfrans keçirilir.

Kütləvi informasiya vasitələrinin rolu və gender bərabərliyi ideyasının irəliləməsində rolundan danışan Bukikkio deyib ki, KİV tez-tez qadınların rolunu açıq-aşkar azaldan reklam çarxları çəkir. Buna misal olaraq o, qadın tərəfindən idarə olunan avtomobilin yol qəzası törətməsi haqda reklam çarxını misal göstərib.

"Demokratiya və söz azadlığının təmin olunmasına çağıran təşkilatın nümayəndəsi kimi, mən KİV-i kişilər və qadınlar arasında bərabərliyin vacibliyini anlamağa və öz işlərində bu ideyanı rəhbər tutmağa çağırıram", - o deyib.

Bukikkio artıq üçünçü dəfədir, Azərbaycana səfər edir. 1999-cu ildən başlayaraq, daha doğrusu, 2001-ci ildə Azərbaycanın Avropa Şurasına daxil olmasına qədər o, ölkə hakimiyyəti ilə daimi əlaqədə olub. Bukikkio əsas etibarilə özünün dediyi kimi, ona çox yaxın olan məsələlərlə, qadın və uşaqların hüquqları ilə məşğul olur.

BMT Baş katibinin müavini Aşa Rouz Miqiro da konfransda çıxış edib və AŞ-a üzv  ölkələrdə gənc analar arasında ölüm hallarının azalması, eləcə də qadının ictimai həyatda rolunun artması sahəsində əldə olunan irəliləyişdən danışıb.

Miqiro müəyyən müsbət tendensiyalara baxmayaraq, məktəblərdə yeniyetmələr arasında problemlərin mövcud olduğunu və bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini qeyd edib.

Bukikkionun sözlərinə görə, bir çox ölkələrdə ayrı-seçkilik qanunvericiliklə qadağan olunub, lakin qəbul edilən qərarların praktikada tam reallaşdırılması üçün birgə səyləri artırmaq zəruridir.

"Gender bərabərliyi demokratiyanın əsas meyarıdır. Avropa Şurası ictimai həyatın bütün sahələrində qadın və kişilərin iştirakını balanslaşdırmaq üçün ayrı-seçkiliklə mübarizə aparmağa çalışır", - Bukikkio deyib.

Onun sözlərinə görə, bugünkü konfransın əsas vəzifəsi gender bərabərliyi arasında de-yure və de-fakto maksimum uyğunsuzluğun imkanlarının müzakirəsidir.

Xəbər lenti

Xəbər lenti