...

"Azərbaycanın xarici siyasəti və ölkənin regionda rolu" - Azərbaycan xarici işlər nazirinin müavininin Oksfordda çıxışının əsas mövzusu olacaq

Siyasət Materials 24 May 2010 13:08 (UTC +04:00)
"Azərbaycanın xarici siyasəti və onun regionda rolu" - Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıqovun çərşənbə axşamı - mayın 25-də Oksfordda çıxışının əsas mövzusu olacaq, - "Azərbaycan - Oksford" (OXAZ) cəmiyyətinin məlumatında deyilir.
"Azərbaycanın xarici siyasəti və ölkənin regionda rolu" - Azərbaycan xarici işlər nazirinin müavininin  Oksfordda çıxışının əsas mövzusu olacaq

"Azərbaycanın xarici siyasəti və onun regionda rolu" - Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıqovun çərşənbə axşamı - mayın 25-də Oksfordda çıxışının əsas mövzusu olacaq, - "Azərbaycan - Oksford" (OXAZ) cəmiyyətinin məlumatında deyilir.

Tədbirdə Sadıqovu Azərbaycanın Böyük Britaniya Birləşmiş Krallığı və Şimali İrlandiyadakı səfiri Fəxrəddin Qurbanov müşayiət edəcək.

Vaqif Sadıqov 2004-cü ildən bəri Azərbaycan xarici işlər nazirinin müavini vəzifəsində çalışır; əvvəllər isə 20 il ərzində ölkənin xarici siyasəti və BMT-də müxtəlif vəzifələri icra etmişdir.

Xəbər lenti

Xəbər lenti