...

Azərbaycan Prezidenti BMT baş katibi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 24 May 2010 17:50 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi BMT baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidenti BMT baş katibi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi BMT baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı BMT baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin qaçqınların və məcburi köçkünlərin vəziyyəti ilə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını vurğulayıb. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü qeyd edən dövlətimizin başçısı onların sosial şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən danışıb və bu işlərin Azərbaycan dövlətinin siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu deyib.

Dövlətimizin başçısı Azərbaycan tərəfinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoymaqla bu ədalətsizliyin aradan qaldırılması istiqamətində səylərini bundan sonra da əsirgəməyəcəyini bildirib.

BMT baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalin 2007-ci ildə ölkəmizə səfərini və həmin səfər zamanı keçirdiyi görüşlərdə qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə bağlı müzakirələri xatırlayıb. Valter Kalin budəfəki səfəri zamanı həm Bakıda, həm də bölgələrdə qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə yaxından tanış olduğunu, 2007-ci ildən bəri Azərbaycanda bu istiqamətdə çox böyük işlər görüldüyünü məmnunluqla qeyd edib.

Xəbər lenti

Xəbər lenti