Azərbaycan Prezidenti İlham Əliyev "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunun tətbiq edilməsi barədə fərman imzalayıb. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Nazirlər Kabinetinə üç ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; üç ay müddətində bu qanunun pozulmasına görə məsuliyyət növləri barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; üç ay müddətində Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.