...

İlham Əliyev və Vladimir Putin İstanbulda görüş keçiriblər (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 8 İyun 2010 22:52 (UTC +04:00)
Iyunun 8-də İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiyanın Baş naziri Vladimir Putinin görüşü olmuşdur. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.
İlham Əliyev və Vladimir Putin İstanbulda görüş keçiriblər (ƏLAVƏ OLUNUB)

RED. əlavəsi: Görüşün təfərrüatları əlavə olunub

Iyunun 8-də İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiyanın Baş naziri Vladimir Putinin görüşü olmuşdur. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.

"Sizi görməyimə, konfransın işi çərçivəsində sizinlə danışıqlar aparmağa, cari işlərimiz, ölkələrimizin iqtisadi, humanitar münasibətləri barədə söhbət etmək imkanına görə çox şadam. Bilirəm yəqin ki, bütövlükdə regiondakı vəziyyətlə bağlı məsələlərə də toxunacaqsınız. Biz həm ikitərəfli dövlətlərarası əlaqələrimizin inkişafında, həm də regionda vəziyyətin normallaşdırılması istiqamətində əlavə addımlar atmaq üçün hər bir imkandan istifadə etməyə çalışırıq. Buna görə bir daha demək istəyirəm ki, Sizi görməyə çox şadam", Rusiyanın Baş naziri Azərbaycan Prezidenti ilə görüş zamanı deyib.

Azərbaycan Prezidenti İlham Əliyev görüşün həmişəki kimi çox konstruktiv və dostluq ruhunda keçəcəcəyinə əminliyini bildirib.

"Bundan əvvəlki səmimi görüşümüzü xatırlayıram. Bu görüşlər həmişə münasibətlərimizin daha da inkişafına xidmət etmişdir. Bugünkü ikitərəfli görüşün gündəliyi çox genişdir. Təbii ki, burada iqtisadi əlaqələr, qarşılıqlı siyasi fəaliyyət, humanitar əməkdaşlıq, regional problemlər, münaqişənin nizamlanması məsələləri vardır. Biz ikitərəfli münasibətlərin bütün istiqamətləri üzrə çox konstruktiv, səmərəli iş aparırıq. İqtisadi əlaqələrə gəldikdə, bizdə əmtəə dövriyyəsinin artması müşahidə olunur. Bu, çox müsbət amildir. İkitərəfli münasibətlərin bütün başqa istiqamətlərində də tərəqqi görürük. Buna görə də mən əminəm ki, bu görüş də bizim dostluq, mehriban qonşuluq münasibətlərimizin daha fəal inkişafına xidmət edəcəkdir", - İlham Əliyev deyib.

Xəbər lenti

Xəbər lenti