...

Rusiya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir – AŞPA prezidenti

Siyasət Materials 14 İyun 2010 14:37 (UTC +04:00)
12 avqust 2008-ci il tarixdə Rusiya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Bu barədə bu gün Tbilisidə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Mövlud Çavuşoğlu Gürcüstan hökuməti Baş nazirinin müavini, reinteqrasiya məsələləri üzrə dövlət katibi Temur Yakobaşvili ilə görüşdən sonra bildirib.
Rusiya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir – AŞPA prezidenti

Gürcüstan, Tbilisi, 14 iyun /Trend, N.Kirsxaliya/

12 avqust 2008-ci il tarixdə Rusiya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Bu barədə bu gün Tbilisidə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Mövlud Çavuşoğlu Gürcüstan hökuməti Baş nazirinin müavini, reinteqrasiya məsələləri üzrə dövlət katibi Temur Yakobaşvili ilə görüşdən sonra bildirib.

"Rusiyanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinə münasibətimiz AŞPA-nın bəyannamələrində aydın şəkildə öz əksini tapıb. Moskva tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üzrə böyük irəliləyişlərin olmamasına baxmayaraq, bu, onların yerinə yetirilməsi ilə bağlı tələbləri dayandıracağımız demək deyil. Tərəflər öhdəliklərini ilin sonunadək yerinə yetirməlidirlər", - o deyib.

Çavuşoğlu onu da qeyd edib ki, işğal ərazilərində beynəlxalq humanitar təşkilatların iştirakına nail olmaq lazımdır.

Yakobaşvili öz növbəsində qeyd edib ki, o, AŞPA prezidentini Rusiyanın işğal etdiyi Abxaziya və Cənubi Osetiya əraziləri üzrə dövlət strategiyası ilə tanış edib. Görüş zamanı Avropa Şurasının bu sənədi nəzərdən keçirməsi məsələsinə qoşulması müzakirə edilib. O, bu barədə Çavuşoğlu ilə görüşdən sonra deyib.

"Biz bu sənədin AŞPA-da baxılacağı ilə bağlı razılığa gəlmişik", - Yakobaşvili vurğulayıb.

Çavuşoğlu bununla əlaqədar qeyd edib ki, o, Gürcüstanın işğal edilmiş ərazilərlə bağlı işləyib-hazırladığı strategiyanı "müsbət" qiymətləndirir. "Bizim ekspertlər bu sənədi nəzərdən keçirirlər və Gürcüstana onun həyata keçirilməsi üçün kömək edəcəyik", - o əlavə edib.

"Gürcü tərəfi Qırğızıstanda baş verən zorakılıq və etnik təmizləmə faktları ilə bağlı narahatlığını bildirir", - bu barədə nazir müavini deyib. "Orada - Gürcüstandakı faciə, yəni rus işğalçılarının köməyi ilə Abxaziya və Gürcüstandan yüzlərlə gürcünün qovulması təkrar olunur. Qırğızıstanda isə ərazini özbəklərdən təmizləmək istəyirlər. Bu halda beynəlxalq ictimaiyyət harada baş verməsindən asılı olmayaraq, etnik təmizləmə faktlarının qarşısını almaq üçün əməli iş görməlidir", - o əlavə edib.

Yakobaşvilinin sözlərinə görə, görüşdə qaçqınların vəziyyəti, demokratiya ilə bağlı Gürcüstandakı vəziyyət və Gürcüstanın AŞPA qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi də müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti