...

Azərbaycan Prezidenti Memarlıq və İnşaat Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında sərəncam imzalayıb

Siyasət Materials 16 İyun 2010 20:56 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Azərbaycan Memarlıq və İnşaat Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Memarlıq və İnşaat Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Azərbaycan Memarlıq və İnşaat Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.   

Sərəncamda qeyd olunur ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin binasının əsaslı təmiri və yenidən qurulması üçün Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 3,0 (üç) milyon manat məbləğində vəsait ayrılsın.

Maliyyə Nazirliyi sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti