...

Batumidə keçirilən beynəlxalq konfransda Gürcüstan və NATO münasibətlərinin perspektivləri gözdən keçirilir

Siyasət Materials 17 İyun 2010 16:45 (UTC +04:00)
Bu gün "Gürcüstanın müdafiəsi"nə həsr olunmuş konfrans keçirilr. Batumidə keçirilən tədbir Gürcüstanın Müdafiə Nazirliyi tərəfindən təşkil olunub.
Batumidə keçirilən beynəlxalq konfransda Gürcüstan və NATO münasibətlərinin perspektivləri gözdən keçirilir

Gürcüstan, Tbilisi, 17 iyun /Trend, müxbir N.Kirsxaliya/

Bu gün "Gürcüstanın müdafiəsi"nə həsr olunmuş konfrans keçirilir. Batumidə keçirilən tədbir Gürcüstanın Müdafiə Nazirliyi tərəfindən təşkil olunub.

Konfrans iştirakçıları NATO ilə Gürcüstan arasındakı münasibətləri, real vəziyyəti, gələcək perspektivləri, həmçinin milli təhlükəsizlik və müdafiə üzrə strateji sənədləri gözdən keçirirlər. Bu barədə Trend-ə Gürcüstan Müdafiə Nazirliyindən məlumat veriblər.

İki gün davam edəcək konfransda Gürcüstanın müdafiə naziri Baço Axalaya, Müdafiə Nazirliyinin rəhbər şəxsləri və birləşmiş hərbi qüvvələr qərargahı, həmçinin müxtəlif dövlət qurumlarının nümayəndələri, xarici və gürcü ekspertlər, Şimali Atlantika Alyansı ölkələrinin səfirləri və hərbi attaşelər iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti