...

Bakıda keçmiş məhkumdan külli miqdarda narkotik götürülüb

Siyasət Materials 22 İyun 2010 12:13 (UTC +04:00)
Keçmiş məhkum yenidən həbs olunub və barəsində cinayət işi başlanılıb.
Bakıda keçmiş məhkumdan külli miqdarda narkotik götürülüb

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir K. Zərbalıyeva/

Azərbaycanda keçmiş məhkumdan külli miqdarda narkotik götürülüb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi narkotiklərlə mübariz bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, əvvəllər məhkum olunmuş Rəfael Məmmədovdan 14 kiloqram 150 qram qurudulmuş narkotik vasitə olan marixuana aşkar edilib.

Keçmiş məhkum yenidən həbs olunub və barəsində cinayət işi başlanılıb.

Xəbər lenti

Xəbər lenti