...

Azərbaycan Prezidenti "Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi qaydaları"nın təsdiq edilməsi barədə fərman imzalayıb

Siyasət Materials 23 İyun 2010 20:07 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi qaydaları"nın təsdiq edilməsi barədə fərman imzalayıb.
Azərbaycan Prezidenti "Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi qaydaları"nın təsdiq edilməsi barədə fərman imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev "Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi qaydaları"nın təsdiq edilməsi barədə fərman imzalayıb. Məlumatı çərşənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Prezident fərmanda "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"na uyğun olaraq qərara alıb ki, "Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi qaydaları" təsdiq edilsin.

Əmlak Məsələləri Dövlət Komitəsinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti