...

Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır - Prezident Administrasiyasının şöbə müdiri

Siyasət Materials 25 İyun 2010 13:20 (UTC +04:00)
Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır.
Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır - Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır.

"Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisini gözləyirik. Azərbaycanda gedən proseslərin Avropa standartlarına uyğunlaşdırılma məsələsi, o cümlədən, dəyərləndirilməsi Azərbaycan hökumətinin bilavasitə vəzifələrindən biridir. Biz Avropa Şurası, ATƏT, o cümlədən, digər beynəlxalq təşkilatlarla da dialoq aparırıq və aparacağıq", - Trend-in məlumatına görə, bunu çümə günü jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) yay sessiyasının cümə axşamı keçirilən Monitorinq Komitəsinin iclasında İspaniya Parlamentinin üzvü Pedro Aqramunt Font de Mora qurumun Azərbaycan üzrə yeni həmməruzəçisi təyin edilib.

Həsənov deyib ki, Azərbaycanda bu il keçiriləcək Parlament seçkilərində də beynəlxalq təşkilatların tövsiyələrini, seçki praktikasının yaxşılaşdırılmasına yönələn bütün təklifləri nəzərə alınacaq və Azərbaycanda getdikcə seçki prosesləri beynəlxalq standartlara tam uyğunlaşdırılacaq.

Azərbaycanda Parlament seçkisinin noyabrın birinci həftəsində  keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti