...

Azərbaycanın Strateji Araşdırmalar Mərkəzində bəzi ölkələrin seçki sistemlərinin müzakirəsi aparılıb

Siyasət Materials 29 İyun 2010 14:56 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində çərşənbə axşamı Vaşinqton Universitetinin Siyasi-İqtisadi Mərkəzinin professoru Norman Skofildin (Norman Schofield), Esseks Universitetinin (University of Essex) iqtisadiyyat kafedrasının professoru Lorens Ezronun və Kanada Uilfrid Lorye (Wilfrid Laurier University) Universitetinin dövlət idarəçiliyi kafedrasının professoru Mariya Qalleqonun "Sosial quruluş və demokratiya" mövzusu üzrə tədqiqatlarının təqdimat mərasimi keçirilib.
Azərbaycanın Strateji Araşdırmalar Mərkəzində bəzi ölkələrin seçki sistemlərinin müzakirəsi aparılıb

Azərbaycan, Bakı, 29 iyun /Trend, Ü.Sadıqova/
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində çərşənbə axşamı Vaşinqton Universitetinin Siyasi-İqtisadi Mərkəzinin professoru Norman Skofildin (Norman Schofield), Esseks Universitetinin (University of Essex) iqtisadiyyat kafedrasının professoru Lorens Ezronun və Kanada Uilfrid Lorye (Wilfrid Laurier University) Universitetinin dövlət idarəçiliyi kafedrasının professoru Mariya Qalleqonun "Sosial quruluş və demokratiya" mövzusu üzrə tədqiqatlarının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimi zamanı professor Skofild Rusiya, Türkiyə, Polşa və İsraildəki siyasi lider və seçkilər barədə danışıb.

Onun sözlərinə görə, hər ölkənin öz seçki sistemi var ki, seçkilərdə bu və ya digər partiyanı qələbəyə gətirir. Skofildin fikrincə, ABŞ-da seçki kampaniyası zamanı diqqət qadınların vəziyyəti, cəmiyyətin abortlara olan münasibəti və eləcə də iqtisadiyyat məsələlərinə yönəlir. Məsələn, Türkiyə və İsraildə seçki kampaniyası zamanı əsas diqqət partiyaların dini və millətçilik baxışlarına, Böyük Britaniyada isə Avropa İttifaqı ilə əməkdaşlığa yönəlir.

Skofild öz tədqiqatlarında sorğu və rəsmi statistika kimi müxtəlif mənbələrə söykənərək hesab edir ki, bu ölkələrdəki seçki kampaniyası oyundur və siyasi partiyalar əksər hallarda koalisiyalı hökumət yaratmaqla qələbə qazanırlar.

Təqdimat mərasimində professorlar Qalleqo və Ezro "Vətəndaş cəmiyyəti və siyasi partiyalar: seçki sistemində siyasi nümayəndəliyin əhəmiyyəti" və "Hollandiya, Kanada və Böyük Britaniyadakı seçki modelləri" mövzusunda məruzələr təqdim ediblər.

Xəbər lenti

Xəbər lenti