...

Azərbaycan Diplomatik Akademiyasının 4-cü "Bakı Enerji Yay Məktəbi" işə başlayır (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 3 İyul 2010 22:24 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyasının (ADA) bu gündən 4-cü "Bakı Enerji Yay Məktəbi" işə başlayır.
Azərbaycan Diplomatik Akademiyasının 4-cü "Bakı Enerji Yay Məktəbi" işə başlayır (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan Diplomatik Akademiyasının (ADA) bu gündən 4-cü "Bakı Enerji Yay Məktəbi" işə başlayır.

"Yay məktəbinin keçirilməsinin məqsədi xarici ölkələrin tələbələrinə neft-qaz tarixi zəngin olan bir dövlətin təcrübəsi ilə tanış olmaq imkanı yaratmaqdır", - ADA-nın rektoru Hafiz Paşayev jurnalistlərə deyib.

Onun sözlərinə görə, yay məktəbi zamanı ADA-nın tələbələri və xarici tələbələr arasında münasibətlər qurulacaq, bu isə onların gələcək fəaliyyətləri üçün vacibdir.

Rektor qeyd edib ki, yay məktəbini bitirdikdən sonra tələbələrə sertifikatlar veriləcək.

Azərbaycan Diplomatik Akademiyasının 4-cu "Bakı Enerji Yay Məktəbi" iyul ayının 3-dən 17-nə kimi dünya və Azərbaycan enerji bazarında mövcud olan meyillər, yeniliklər, enerji bazarının hüquqi, iqtisadi və ekoloji aspektləri, transmilli yerli və xarici neft şirkətlərinin fəaliyyət istiqamətlərini araşdıracaq. Məlumatı ADA-nın mətbuat xidməti yayıb.

Yay məktəbində ABŞ-ın Harvard, Rays və Amerikan Universitetlərinin, ADA-nın, İsrailin, Böyük Britaniyanin, Fransanın tanınmış professorları məruzələr edəcəklər. Bununla yanaşı, ExxonMobil, TOTAL, Schlumberger, Itochu, RWE, SOCAR, BP-nin mütəxəssisləri neft və qaz sənayesinin praktiki məqamları barədə öz təcrübələri ilə bölüşəcəklər.

ADA-nın 4-cü Yay Məktəbində yerli neft və qaz sahəsinin aparıcı simaları, xarici siyasəti müəyyən edən rəsmilər, o cumlədən sənaye və energetika naziri Natiq Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsumov və digərləri çıxış edəcəklər.

Bu il Yay Məktəbində 160 namizəd arasından 41 iştrakçı təhsil almaq hüququ qazanıb. Onlar Türkiyə, Polşa, Macarstan, ABŞ, Malaziya, Mazanbik, Yunanstan və sayr 19 xarici ölkələri təmsil edirlər. Xarici tələbələr yalnız akademik mühitin yox, neft və qaz şitkətlərinin isçiləri və dövlət qurumlarının təmsilçiləridir.

Azərbaycanda qalacaqları 15 gün ərzində tələbələrin ölkəmizin tarixi və mədəniyyəti, neft sənayəsinin keçmişi və bu günü ilə yaxından tanış olmaları üçün rayonlara və tarixi əhamiyyət kəsb edən ərazilərə səfərlər də nəzərdə tutulub. Umumiyyətlə Yay Məktəbinin 4 illik fəaliyyəti dövründə enerji sahəsi ilə professional məşğul olan 100-ən çox mütəxəssis burada təhsil alıb.

Xəbər lenti

Xəbər lenti