...

Bakı Baş Polis İdarəsi Parlament seçkilərinə qədər bütün vətəndaşları şəxsiyyət vəsiqəsi ilə təmin edəcək - idarə rəsmisi

Siyasət Materials 9 İyul 2010 13:38 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsi Parlament seçkilərinə qədər ehtiyacı olan bütün vətəndaşları şəxsiyyət vəsiqəsi ilə təmin edəcək, - bu barədə cümə günü Bakı Şəhər Baş Polis İdarəsinin pasport, qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin müdir müavini mətbuat konfransında deyib.
Bakı Baş Polis İdarəsi Parlament seçkilərinə qədər bütün vətəndaşları şəxsiyyət vəsiqəsi ilə təmin edəcək - idarə rəsmisi

Аzərbaycan, Bakı, 9 iyul, /Trend, müxbir М.Əliyev/

Bakı Şəhər Baş Polis İdarəsi Parlament seçkilərinə qədər ehtiyacı olan bütün vətəndaşları şəxsiyyət vəsiqəsi ilə təmin edəcək, - bu barədə cümə günü Bakı Şəhər Baş Polis İdarəsinin pasport, qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin müdir müavini mətbuat konfransında deyib.

"Pasport, qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi vətəndaşları şəxsiyyəti təsdiq edən sənədlə təmin etmək məqsədilə bu və ya digər səbəblərə görə evdən çıxa bilməyən vətəndaşlar üçün səyyar qəbul təşkil edib", - idarə rəsmisi bildirib.

Onun szölərinə görə, seçkilərə hazırlıq üzrə tədbirlər planına uyğun olaraq, şöbə gücləndirilmiş iş rejiminə keçib.

Bakı Şəhər Baş Polis İdarəsinin İctimai asayişin qorunması şöbəsinin müdiri Daşqın Mehdiyevin cümə günü jurnalistlərə verdiyi müsahibəsinə görə, icazəsiz mitinqlər zamanı asayişi qorumaqla bağlı BŞBPİ gücləndirilmiş iş rejiminə keçib.

Azərbaycanda Parlament seçkiləri 2010-cu ilin payızında keçiriləcək. Qanunvericilik orqanlarına sonuncu seçkilər 2005-ci ilin noyabr ayında olmuşdu. Azərbaycanda Parlament seçkiləri mojaritar sistemdə 125 seçki dairəsi üzrə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti