...

Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın XİN rəhbərləri Bodrumda görüşüblər (FOTO)

Siyasət Materials 6 Avqust 2010 12:58 (UTC +04:00)
Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu, Kanat Saudabayev və Ruslan Kazakbayev cümə axşamı Türkiyənin Bodrum şəhərində qeyri-formal görüş keçiriblər.
Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın XİN rəhbərləri Bodrumda görüşüblər (FOTO)

Azərbaycan, Türkiyə, QazaxıstanQırğızıstanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu, Kanat SaudabayevRuslan Kazakbayev cümə axşamı Türkiyənin Bodrum şəhərində qeyri-formal görüş keçiriblər. Məlumatı TRT Russian yayıb.

Görüşdə Qırğızıstanda baş vermiş hadisələrdən sonra bölgədə yaranmış vəziyyət və enerji məsələsi müzakirə olunub.

XİN rəhbərlərinin birgə mətbuat konfransında Əhməd Davudoğlu bu il İstanbulda keçiriləcək Türkdilli ölkələrinin sammitində türk dünyası şurasının daimi katibliyinin yaradılacağına ümid etdiyini bildirib. Məlumatı Anadolu agentliyi yayıb.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsini türk həmkarı ilə müzakirə etdiyini bildirib. Bu barədə Turk.net xəbər verir.

"Türkiyə beynəlxalq arenada çox hörmət edilən bir dövlətdir. Buna görə də Əhməd Davudoğlunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında çox səmərəli təşəbbüsləri olacağına inanıram", - Məmmədyarov bildirib.

Mini sammit cümə günü də davam edəcək. Sammit çərçivəsində Davudoğlunun nazirlərlə ikitərəfli görüşləri keçiriləcək.

Xəbər lenti

Xəbər lenti