...

Azərbaycanın bəzi müxalifət partiyaları Ramazan ayında kütləvi aksiyaların keçirilməməsi təklifi ilə çıxış edib

Siyasət Materials 11 Avqust 2010 16:55 (UTC +04:00)
Azərbaycanın bəzi müxalifət partiyaları Ramazan ayında kütləvi aksiyalar keçirməyəcək.
Azərbaycanın bəzi müxalifət partiyaları Ramazan ayında kütləvi aksiyaların keçirilməməsi təklifi ilə çıxış edib

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın bəzi müxalifət partiyaları Ramazan ayında kütləvi aksiyalar keçirməyəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Demokratiya Uğrunda İttifaqMüsavat Partiyası arasında keçirilən məsləhətləşmələrdə təkliflər səslənib.

Məsləhətləşmədə, həmçinin, Parlament seçkilərində müxalifətin birgə iştirakı və bəzi dairələrdə vahid namizədlərin razılaşdırılması istiqamətində müzakirələr aparılıb.

Son aylar Azərbaycanın müxalifət partiyaları icazəsiz mitinq keçirməyə cəhd göstərirlər. Bakı Şəhər İcra Hakimiyyəti kütləvi mitinqlərin keçirilməsi üçün nəzərdə tutulan yer kimi Qaradağ rayonu Sahil qəsəbəsindəki stadionu, Sabunçu rayonunda "Azneftgeofizika" Tresti ilə üzbəüz stadionu, Suraxanı rayonunda Tofiq İsmayılov adına stadionu, Yasamal rayonunda 3155-ci məhəllənin stadionunu, Əzizbəyov rayonunun Türkan qəsəbəsini, Nizami rayonunda "Təbriz" kinoteatrı ilə üzbəüz ərazini və Nərimanov rayonunda "Ulduz" metrostansiyası ilə üzbəüz ərazini müəyyən edib.

Dеmоkrаtiyа Uğrunda İttifаqı 2005-ci il Parlamеnt seçkisindən sonra müxalifətçi Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli Demokrat partiyaları yаrаdıb. 2008-ci il sеntyаbrın əvvəllərində Böyük Azərbаycаn, nоyаbr аyındа isə xаlq pаrtiyаlаrı DUİ-yə üzv qəbul оlunub. İttifаq bu pаrtiyaların məşvərət və əməkdaşlıq qurumudur.

Xəbər lenti

Xəbər lenti