...

Moskvanın Abxaziyada "S-300" raket-zenit qurğusu yerləşdirməsi regionda sabitliyin yaranmasına kömək etmir – ABŞ-ın Gürcüstandakı səfiri

Siyasət Materials 12 Avqust 2010 16:20 (UTC +04:00)
Moskvanın Abxaziyada "S-300" raket-zenit qurğusunu yerləşdirməsi regionda sabitliyin yaranmasına kömək etmir. Bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Con Bas bu gün Moskvanın Abxaziyada "S-300" raket-zenit qurğusunun yerləşdirməsi barədə məlumatı şərh edərkən bildirib.
Moskvanın Abxaziyada "S-300" raket-zenit qurğusu yerləşdirməsi regionda sabitliyin yaranmasına kömək etmir – ABŞ-ın Gürcüstandakı səfiri

Gürcüstan, Tbilisi, 12 avqust /Trend, müxbir N.Kirsxaliya/

Moskvanın Abxaziyada "S-300" raket-zenit qurğusunu yerləşdirməsi regionda sabitliyin yaranmasına kömək etmir. Bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Con Bas bu gün Moskvanın Abxaziyada "S-300" raket-zenit qurğusunun yerləşdirməsi barədə məlumatı şərh edərkən bildirib.

"Biz bu zenit qurğusunun yeni olub-olmaması və ya onun orada artıq çoxdan olduğu barədə məlumata malik deyilik. Bu, Tbilisi və Suxumi tərəfdən silahlanmanın şəffaflığı ilə bağlı mövqelərdəki fərqi bir daha göstərir. Tbilisi rəhbərliyi, dəfələrlə Suxumidən fərqli olaraq, aşkarlıq nümayiş etdirib, ona görə də biz orada nə baş verdiyini bilmirik", - o qeyd edib.

ABŞ səfiri bildirib ki, "Abxaziyada "S-300" qurğusunun yerləşdirilməsi uzunmüddətli perspektivdə Gürcüstanın ərazi bütövlüyünün bərpası üçün güclü maneə ola bilər". "Biz Rusiyanı 2008-ci il 12 avqust sazişinin bütün şərtlərinə əməl etməyə və öz qoşunlarını işğal etdiyi ərazilərdən çıxarmağa çağırırıq", - o deyib.

Bas qeyd edib ki, Birləşmiş Ştatlar öz mövqeyini ABŞ dövlət katibi Hillari Klintonun Gürcüstana səfəri zamanı da bildirib. "ABŞ-ın mövqeyi atəşkəs haqqında sazişin sözsüz yerinə yetirilməsi və Gürcüstanın ərazi bütövlüyünün bərpa olunmasından ibarətdir", - səfir qeyd edib.

Xəbər lenti

Xəbər lenti