...

Azərbaycanın hakim partiyası Parlamentdə təmsil olunan deputat korpusundan razıdır

Siyasət Materials 24 Avqust 2010 13:19 (UTC +04:00)
Azərbaycanın hakim partiyası Parlamentdə təmsil olunan deputat korpusundan razıdır
Azərbaycanın hakim partiyası Parlamentdə təmsil olunan deputat korpusundan razıdır

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir T.Hacıyev/

Hakim Yeni Azərbaycan Partiyası Parlamentdə təmsil olunan deputat korpusundan razıdır, - Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə hakim partiyanın sədr müavini, icra katibi Əli Əhmədov bildirib.

"Biz YAP-ı Parlamentdə təmsil edən deputat korpusundan razıyıq. Bizim deputat korpusumuza daxil olanların hər biri bu və ya digər dərəcədə öz üzərinə düşən millət vəkilliyi funksiyasını layiqincə yerinə yetirib. İstər Parlamentin fəaliyyətində, qanun layihələrinin hazırlanmasında və müzakirəsində, istər Parlamentdən kənar işlərin aparılmasında, seçicilərin problemlərinin həll olunmasına köməklik göstərilməsində YAP Parlament korpusuna daxil olan deputatlarımız səmərəli fəaliyyət göstəriblər", - Əhmədov əlavə edib.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin noyabr ayının 7-də keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Onun sözlərinə görə, bu, partiyanın namizədlərinin müəyyənləşməsi taktikası əsasında duran gerçəkliklərdən biridir.

"Digər tərəfdən, təbii ki, beş il ərzində YAP-ın sıraları genişlənib. Partiya sıralarında özünün fəallığını daha qətiyyətlə nümayiş etdirən simalar meydana gəlib. Bu beş il ərzində yetişən gənc nəslin sırasından Azərbaycanın ictimai-siyasi həyatında fəallıq nümayiş etdirən YAP üzvləri meydana gəliblər. Onların hamısı YAP-ın namizəd siyahısı müəyyənləşdirilərkən nəzərə alınacaq", - o deyib.

Yeni Azərbaycan Partiyası (YAP) 1992-ci ilin noyabr ayında təsis edilib və partiyanın ilk sədri Heydər Əliyev seçilib. 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb. 1993-cü ilin oktyabr ayının 3-də YAP-ın sədri Heydər Əliyevin prezident seçilib. 2003-cü ilin noyabr ayında Pariya sədri Heydər Əliyevin vəfatından sonra partiyanın sədri vəzifələrini prezident İlham Əliyev icra edib. Partiyanın 2005-ci ilin martında keçirilən III qurultayında Partiyanın sədri İlham Əliyev seçilib.

Xəbər lenti

Xəbər lenti