...

Rusiya Prezidentinin Azərbaycana səfərinin tarixi açıqlanıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 30 Avqust 2010 12:50 (UTC +04:00)
Rusiya Prezidenti Dmitri Medvedev sentyabrın 2-3-də Azərbaycana rəsmi səfər edəcək, - bazar ertəsi Kremlin mətbuat xidməti bu barədə məlumat verib. Məlumatı "RİA-NOVOSTİ" yazıb.
Rusiya Prezidentinin Azərbaycana səfərinin tarixi açıqlanıb (ƏLAVƏ OLUNUB)

RED. əlavə: Rusiya  xarici işlər nazirinin  şərhi əlavə olunub

Rusiya Prezidenti Dmitri Medvedev sentyabrın 2-3-də Azərbaycana rəsmi səfər edəcək, - bazar ertəsi Kremlin mətbuat xidməti bu barədə məlumat verib. Məlumatı "RİA-NOVOSTİ" yazıb.

"Hazırkı səfərin başlıca mövzusu dövlət sərhədləri haqqında müqavilənin və bu müqavilə ilə bir paketdə yer alan Samur çayının su resurslarından bərabər istifadə olunması haqqında sazişin imzalanması olacaq". Rusiya XİN başçısı S.Lavrov səfər ərəfəsində Azərbaycan KİV-ə verdiyi müsahibəsində Trend-in sualını cavablandırarkən bildirib.

"Şübhəsiz, tərəfdaşlığımızın təməli kimi iqtisadi əməkdaşlıq, əlbəttə, bizim ticari-iqtisadi əlaqələrimizə də toxunan böhrana baxmayaraq, istənilən sammitdə, istənilən danışıqların gedişində çox mühüm yer tutur. Hazırda vəziyyət xeyli düzəlir və mal dövriyyəsi yüksəlişdədir. Həm sənayedə, həm nəqliyyatda, həm də bank sahəsində uğurla inkişaf edən investisiya layihələri var. Əminəm ki, prezidentlər bu sahələrdə işlərin vəziyyəti ilə bağlı bu cür ümumi prinsipial xülasə aparacaq və zərurət olarsa, qarşılıqlı fəaliyyətimizin bu və ya digər istiqamətlərinə siyasi təkan verəcəklər", - Lavrov deyib.

Onun sözlərinə görə, tərəflər humanitar əlaqələri də müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti