...

İki Azərbaycan vətəndaşı Gürcüstan sərhədini pozduğuna görə saxlanılıb

Siyasət Materials 30 Avqust 2010 13:35 (UTC +04:00)
"Laqodexi" sərhəd sektorunda Gürcüstan-Azərbaycan sərhədini keçdiklərinə görə, gürcü sərhədçiləri tərəfindən iki Azərbaycan vətəndaşı saxlanılıb.
İki Azərbaycan vətəndaşı Gürcüstan sərhədini pozduğuna görə saxlanılıb

Gürcüstan,Tbilisi, 30 avqust /Trend, müxbir N.Kirsxaliya/

"Laqodexi" sərhəd sektorunda Gürcüstan-Azərbaycan sərhədini keçdiklərinə görə, gürcü sərhədçiləri tərəfindən iki Azərbaycan vətəndaşı saxlanılıb.

Gürcüstan Sərhəd Polisinin verdiyi məlumata görə, saxlanılan şəxslərin adları - Vüqar Orucov və Təsadüf Cabbarovdur. Gürcüstan Dövlət Sərhədini qrup şəklində pozmaq cəhdinə görə, onlara qarşı cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti