...

Gürcüstanda baş vermiş avtomobil qəzasında iki qadın və bir uşaq həlak olub

Siyasət Materials 31 Avqust 2010 14:39 (UTC +04:00)
Bazar ertəsi gecə saatlarında Gürcüstanın qərbində yerləşən Ozurqet rayonunda baş vermiş avtomobil qəzası nəticəsində üç nəfər həlak olub, altı nəfər xəsarət alıb. Fövqəladə Hallar Xidmətinin məlumatlarına görə, həlak olan üç nəfərdən ikisi qadın, biri azyaşlı körpədir.
Gürcüstanda baş vermiş avtomobil qəzasında iki qadın və bir uşaq həlak olub

Gürcüstan, Tbilisi, 31 avqust /Trend, müxbir N.Kirsxaliya/

Bazar ertəsi gecə saatlarında Gürcüstanın qərbində yerləşən Ozurqet rayonunda baş vermiş avtomobil qəzası nəticəsində üç nəfər həlak olub, altı nəfər xəsarət alıb. Fövqəladə Hallar Xidmətinin məlumatlarına görə, həlak olan üç nəfərdən ikisi qadın, biri azyaşlı körpədir.

Yol-nəqliyyat hadisəsi Naqomeri kəndində baş verib. Mçxetdən "Jeep" markalı maşınla yola düşən həkim Çiço Xaraişvili qarşıdan gələn avtomobillə toqquşub. Xaraişvili və onun yol-yoldaşı hadisə yerində həlak olub. Biryaşlı körpəni xəstəxanaya aparsalar da, həkimlər onu xilas edə bilməyiblər.

Hadisə zamanı avtomobildə olan Gürcüstan Parlamentinin sabiq üzvü Vasil Çiqogidze də xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti