...

Azərbaycanın müxalifət partiyalarının "AXCP-Müsavat" seçki bloku yaradılıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 8 Sentyabr 2010 15:23 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyalarının "AXCP-Müsavat" seçki bloku yaradılıb
Azərbaycanın müxalifət partiyalarının "AXCP-Müsavat" seçki bloku yaradılıb (ƏLAVƏ OLUNUB)

RED. əlavəsi: Beşinci abzas əlavə olunub

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Xalq Cəbhəsi və Müsavat partiyaları birgə seçki bloku yaradılması barədə qərar qəbul edib.

AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı çərşənbə günü Trend-ə bildirib ki, AXCP Ali Məclisinin sessiyasında və Müsavat Partiyası Divanının bu gün keçirilən iclasında seçki blokunun yaradılması barədə qərar çıxarılıb.

Qəhrəmanlı deyib ki, püşkatma nəticəsində blok "Müsavat-AXCP" və ya "AXCP-Müsavat" adlanacaq.

Hər iki partiya blokun Parlament seçkilərində iştirak edəcək 90 nəfərlik namizəd siyahısını təsdiqləyib.

Daha sonra hər iki partiya rəhbərinin iştirakı ilə seçki blokunun yaradılması barədə Saziş imzalanıb. Saziş imzalandıqdan sonra, seçki blokunun adlandırılması ilə bağlı püşk atılıb. Püşkatma nəticəsində blok "AXCP-Müsavat" adlanacaq.

Bu, sayca müxalifət partiyalarının 5-ci seçki bloku olacaq.

Milli Məclisə seçkilər noyabrın 7-də keçiriləcək.

Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabrında keçirilib. Ölkənin qanunverici orqanına seçkilər 125 seçki dairəsində majoritar sistem üzrə aparılır.

Xəbər lenti

Xəbər lenti