...

Azərbaycanda keçiriləcək Parlament seçkiləri ilə bağlı məlumat sessiyalarına başlanacaq

Siyasət Materials 17 Sentyabr 2010 14:28 (UTC +04:00)
Azərbaycan Prezidenti Administrasiyası, Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı və ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə sentyabrın 20-dən "Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi" mövzusunda məlumat sessiyalarına başlanacaq.
Azərbaycanda keçiriləcək Parlament seçkiləri ilə bağlı məlumat sessiyalarına başlanacaq

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Prezidenti Administrasiyası, Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı və ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə sentyabrın 20-dən "Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi" mövzusunda məlumat sessiyalarına başlanacaq.

Mərkəzi Seçki Komissiyası mətbuat xidmətinin cümə günü yaydığı məlumata görə, məlumat sessiyaları rayonların icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri üçün təşkil ediləcək.

İlk məlumat sessiyası senyabrın 20-də Bakının və ətraf rayonların icra hakimiyyətləri başçıları və dairə seçki komissiyalarının sədrləri üçün keçiriləcək. Bakıda keçiriləcək tədbir "Ləndmark" Biznes Mərkəzinin "Rotunda" zalında - saat 10:00-da başlanacaq.

Sentyabrın 21-də Şirvanda, 22-də Mİngəçevirdə, 24-də isə Naxçıvanda müvafiq bölgələrin rayon icra hakimiyyəti başçıları və DSK sədrləri üçün eynimövzulu məlumat sessiyaları keçiriləcək.

Azərbaycanda parlament seçkiləri 7 noyabr 2010-cu il tarixinə təyin edilib. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.

Xəbər lenti

Xəbər lenti