...

Ermənistan – öz tarixinin əsiridir – politoloq Nikolay Zlobin

Siyasət Materials 21 Sentyabr 2010 13:31 (UTC +04:00)
Siyasət tarixə, o cümlədən, Dağlıq Qarabağ məsələsinə əsaslana bilməz, - Dünya Təhlükəsizlik İnstitutunun Rusiya və Asiya proqramı üzrə direktoru, professor Nikolay Zlobin belə hesab edir.
Ermənistan – öz tarixinin əsiridir – politoloq Nikolay Zlobin

Rusiya, Moskva, 21 sentyabr /Trend, xüsusi müxbir А. Qasımova/

Siyasət tarixə, o cümlədən, Dağlıq Qarabağ məsələsinə əsaslana bilməz, - Dünya Təhlükəsizlik İnstitutunun Rusiya və Asiya proqramı üzrə direktoru, professor Nikolay Zlobin belə hesab edir.

"Ermənistan - öz tarixinin əsiridir. Dağlıq Qarabağ münaqişəsi kimi vəziyyətlərdə xalqın emosiyasından istifadə etmək və siyasi karyera qurmaq, problemi isə həll etməmək ən pis haldır", - bu barədə Moskvada jurnalistlərə Zlobin deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Politoloq, həmçinin, Türkiyə-Ermənistan münasibətlərinə də toxunub. "İrəvanın Ankara ilə münasibətlərin yaxşılaşdırılması məsələsində səhv hərəkətləri Ermənistan üçün özünəqəsd deməkdir", - Zlobin hesab edir.

"Bütün qapılar bağlı olduğu, bütün qloballaşma Rusiya vasitəsilə keçdiyi halda, özünü belə vəziyyətə salmaq olmaz; bu isə o deməkdir ki, Rusiya Ermənistanın ağasıdır və ölkənin başqa seçimi yoxdur", - politoloq deyib.

Onun sözlərinə görə, siyasət tarixə əsaslana bilməz; belə ki, o subyektivdir və hər bir xalqın tarixi hadisələrinin öz milli versiyası var.

"Ermənilər təhqir olunduqlarından tez-tez şikayət edirlər. Hamını incidiblər; elə xalqlar var ki, ümumiyyətlə, Yer üzündən siliniblər", - Zlobin deyib.

Politoloqun sözlərinə görə, bütün ömrüboyu kiməsə nəyisə sübut etməyə çalışmaq əbəsdir. Ən yaxşı dəlil və sübut - öz opponentlərindən yaxşı yaşamaqdır", - o deyib.

"Həmişə tarixdən danışan siyasətçilər siyasətdən getməli və tarix fənnindən dərs deməlidirlər", - Zlobin deyib.

2009-cu ilin 10 oktyabrında Türkiyə və Ermənistan xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan ikitərəfli münasibətlərin normallaşması barədə protokol imzalayıblar. Bu günə qədər protokollar ölkələrin parlamentlərində öz təsdiqini tapmayıb.

Türkiyənin protokolu imzalamaq istəməməsinin səbəbi, Yerevanın dünyada "erməni soyqırımı"nın tanınmasına iddiaları və Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğalıdır.

Xəbər lenti

Xəbər lenti